“Azəristiliktəchizat” ASC-nin nizamnamə kapitalı kəskin artırılaraq 27 337 manatdan 13 668 498 manata çatdırılıb.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, “Azəristiliktəchizat” ölkə prezidentinin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamına əsasən yaradılıb. Şirkət Azərbaycanda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir.


Şərhlər
Bu təşkilatın dövlətin insanlara göstərdiyi qayğıdan məlumatı yoxdur. 2009-cu ildə Nizami rayonu M.Şərifli küçəsi 84 b m.58 ünvanında mənzilə avtonom kombi sitemi çəkilib. Məlumat verilib. Rəsmi ərizə ilə müraciət olunub. Lakin hələ də ümumi istilkdən istifadıyə görə 231 iki yüz otuz bir manatlı adi kağaz parçasında borclu olmağımız haqqında qəbz gəlir. Dəfələrlə deyilib amma baxılmır. Bu ASC-nin nizamnamə fondunu artırmaqla süni yeyinti yeri yaradılır. Nə elkrton ünvanı var. nə də müraciətə baxmırlar.