Atasını baltalayan qadın psixoloji müalicə istəyir

Bakıda atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibova yenidən məhkəməyə müraciət edib."Report"un xəbərinə görə, o, Sabunçu Rayon Məhkəməsinə müraciətində cinayət məsuliyyətindən azad edilib ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə keçirilməsinə dair təqdimatın təmin ediməsini istəyib.

Məhkəmə A.Həbibovanın vəsatətini təmin etməyib. Qərardan narazı qalan qadın apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 22-nə təyin olunub, şikayət hakim Kamran Əkbərovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, cinayət hadisəsi 2017-ci il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib. Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub. C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. A.Həbibova 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar