Menu

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

23.01.2020, 16:43
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 242 milyon ABŞ dolları və yaxud 0,23% artaraq 106,456 milyard dollar yüksəlib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 28,106 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 159 milyon dollar və yaxud 0,57% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 83 milyon dollar və yaxud 0,11% artaraq 78,350 milyard dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol