Koronavirusun ilk əlamətləri nədir?
Baxiş sayı:
Dərc olunub:
26/01/2020 - 10:00
Yaponiyanın NHK telekanalı yeni növ koronavirusun ilk simptomlarını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, infeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Ancaq sonrakı mərhələdə bu, hərarətin artması və öskürəyə gətirib çıxarır.
Bununla bərabər, ilk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur.
Həkimlərin sözlərinə görə, yeni növ koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır.
Şərhlər
Jirinovski cox duzgun qeyd edib bunlar hamisi Amerikanin toretdiyi xain emellerin neticesidir!Dunyanin sonunu getirecek boyuk dovletlerin acgozluyu sonda YER KURESININ mehvine getirecek!Her sey buna dogru suretle irelileyir!