Menu

ABŞ-da atışma olub - Azı 2 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb

26.01.2020, 17:02
ABŞ-da atışma olub - Azı 2 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb

ABŞ-da atışma olub.“Report” xəbər verir ki, bu barədə ABC teleşirkəti Darlinqton şəhərinin müstəntiqinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Hartsvill şəhərində barda baş verib. Silahlı insident nəticəsində azı 2 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Atışmanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol