Menu

Ermənistan əhalisi Sərkisyana "istefa" tələb edir

27.09.2014, 13:20
Ermənistan əhalisi Sərkisyana "istefa" tələb edir

"Ermənistan hakimiyyəti bütün mümkün və qeyri-mümkün sərhədləri keçib".

Ölkə prezidenti və ətrafı barədə bu sözləri parlamentdə "Çiçəklənən Erməistan" partiyasını təmsil edən deputat Tiqran Urixanyan deyib.

Razdan şəhərində çoxsaylı mitinqdə çıxış edən deputat bildirib ki, Ermənistan bu gün ağır vəziyyətdədir. "Yoxsulluq, işsizlik və mühajirətin səviyyəsini azaltmaq əvəzinə hakimiyyət konustitusiya islahatı ilə bağlı yeni siyasi şou keçirməyi təklif edir", - deyə Urixanyan vurğulayıb. Onun fikrinсə, bu, hakim rejimə öz hakimiyyətini ən azı daha on il saxlamağa imkan verəсək.

Mitinqdə hökumətin işi də kəskin tənqid edilib.

Qeyd edilib ki, hətta yalnız rəsmi statistik göstəricilərə əsaslanılsa belə, Ermənistanın vəziyyəti gündən-günə pisləşir. Təkcə iqtisadiyyata sərmayələr 60%-dən çox azalıb.

Mitinqdə bildirilib ki, siyasət və biznes bir-birinə həddindən çox nüfuz edib və artıq qarşılıqlı şəkildə bir-birlərini tamamlayırlar.

Yada salaq ki, Serj Sərkisyana qızmar payız vəd edən üç parlament partiyasının qərarı ilə oktyabrın 10-da İrəvanda keçirilməsi nəzərdə tutulan ümumerməni mitinqində ölkə rəhbərliyinin istefası tələb ediləcək.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol