Menu

"Tramp hökuməti “ABŞ tarixinin ən pisi”dir" - İran Prezidenti

28.01.2020, 23:44
"Tramp hökuməti “ABŞ tarixinin ən pisi”dir" - İran Prezidenti

İran Prezidenti Həsən Ruhani Donald Tramp hökumətini “ABŞ tarixinin ən pisi” adlandırıb.

İran lideri ABŞ-ın hazırkı hökumətinin öz xalqına problem yaratdığını deyib.

“Terrorizmə dəstək verən və fırıldaqçılıqla məşğul olan bir hökumətin ABŞ-da hakimiyyətə gələcəyini, ABŞ tarixindəki bütün digər hökumətlərdən daha pis olacağını və dünyaya, müttəfiqlərinə, dostlarına və hətta öz xalqına problem yaradacağını düşünmədilər”, – Ruhani vurğulayıb/Teleqraf.com.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol