Menu

“Rusiya razılaşmalara sadiq deyil, artıq səbrimiz tükənir...” - Ərdoğan

29.01.2020, 15:00
“Rusiya razılaşmalara sadiq deyil, artıq səbrimiz tükənir...” - Ərdoğan

“Suriya münaqişəsi üzrə Rusiya ilə həm Astana, həm də Soçidə atəşkəs razılaşmaları əldə edilib. Rusiya bu razılaşmalara sadiq qalacağı təqdirdə, biz də razılaşmalara əməl edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Lakin təəssüf ki, hazırda Rusiya nə Astana, nə də Soçi razılaşmalarına sadiqdir. Aidiyyəti üzrə danışıqlar aparılır. Danışıqlar çərçivəsində İdlibin bombalanmasını dayandırmağı tələb etmişik. Artıq səbrimiz tükənir. Bundan sonra lazım olan addımları atacağıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Şərhlər

MRP 2020-01-29 15:12:51

Rusiya heç vaxt vədinə əməl etməyib.Onlara inanmaq sadəlövhlükdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol