Bu gün 62 saylı Saatlı Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əziz Ələkbərovun Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar və Bakıdan gələn qonaqlar iştirak edib.
Yeni Azərbaycan Partiyasının Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının və yeni müstəqil Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edənlər Əziz Ələkbərovun elmi, ictimai fəaliyyətindən, şəxsi keyfiyyətlərindən bəhs etmişlər.
Əslən Saatlıdan olan, Bakı şəhərindəki Kardiologiya İnstitutunun professoru Tofiq Cahangirov Əziz Ələkbərovun elmi fəaliyyəti ilə tanış olduğu üçün onun Saatlı rayonunu uğurla təmsil edəcəyinə inandığını və şəxsən ona dəstək olmaq üçün Bakıdan gəldiyini bildirib.
Sonra söz namizəd Əziz Ələkbərova verilib. O, çıxış edərək öz seçki platformasından bəhs edib, seçiciləri fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb. Ə.Ələkbərov əgər seçiciləri ona etimad göstərərsə, bu etimadı əməli fəaliyyəti ilə doğruldacağı barədə seçicilərə söz verib.
Rayonun müxtəlif kəndlərindən gələn seçicilər Saatlıların artıq seçimlərini etdiklərini, 9 fevral tarixində elliklə seçkilərə gedib, Yeni Azərbaycan Partiyasının namizədi Əziz Ələkbərova səs verəcəklərinə qətiyyətlə bildirmişlər.








Şərhlər
İcra nümayəndələri bu insanları zorla bura yığıblar ki,YAP-ın namizədi gəlib Bəs niyə bu canfəşanlıq digər namizədlərə göstərilmir?