Menu

Azərbaycandan Gürcüstana gedən çinli turistlər həkim nəzarətinə götürülüb

30.01.2020, 15:44
Azərbaycandan Gürcüstana gedən  çinli turistlər həkim nəzarətinə götürülüb

Gürcüstanın Kazbeqi rayonunda olan bir qrup çinli turist həkim nəzarətinə götürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, 9 nəfərdən ibarət qrup Tbilisidəki xəstəxanalardan birinə çatdırılacaq.

Qrupda olan iki uşaqda yüksək tempertarur qeydə alınıb.

Çinli turislər yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gediblər.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib ki, həmin şəxslərdə koronavirus ehtimalı istisna olunsa da, onlar tibbi yoxlanışdan keçiriləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol