Menu

Aqiyə Naxçıvanlı Baş Daşağıl, Muxas və Malıx kəndlərində görüşlər keçirdi – FOTOLAR

30.01.2020, 16:39
Aqiyə Naxçıvanlı Baş Daşağıl, Muxas və Malıx kəndlərində görüşlər keçirdi – FOTOLAR

Yanvarın 30-da 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun ucqar kəndlərindən olan Baş Daşağılda, Muxas kəndində və Malıx yaşayış məntəqəsində təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirdi.

O, kənd sakinləri ilə görüşdə onların problemləri ilə maraqlandı, əvvəlki illərdə görülən işlər barədə söhbət etdilər.

Seçicilərdən çıxış edənlər Nadiyət Dadyeva, Pünhan Səmədova, Nəsib Nəsibov, Ramiz Məmmədov və başqaları ölkədə gedən inkişafdan, abadlıq işlərindən məmnunluq ifadə etdilər və bütün bu işləri həyata keçirən ölkə başçısı İlham Əliyevə çətin və şəfərli işində uğurlar arzuladılar.

Onlar Aqiyə xanımın əvvəlki deputatlığı dövründə seçicilərin müraciətlərinə laqeyd qalmadığından və daim onların yanında olduğundan razılıqlarını bildirərək, mövcud olan bəzi problemlərlə də bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmasını xahiş etdilər.

Görüşün sonunda hər üç kəndin seçiciləri Yeni Azərbaycan Partiyasının seçki platformasını bəyəndiklərini və onun namizədini dəstəklədiklərini, fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını bildirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol