Menu

Müxalifət Rəsulzadəni yad etdi - FOTO

31.01.2020, 17:26
Müxalifət Rəsulzadəni yad etdi - FOTO

Bu gün, yanvarın 31-də Milli Şuranın və Müsavat Partiyasının fəalları Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 136-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsi önünə toplaşıblar.

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər M.Ə.Rəsulzadənin və Xalq Cümhuriyyətinin başqa qurucularının adının əbədiləşdirilməsindən danışıb. O, M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təşəbbüsə toxunaraq vurğulayıb ki, təkcə bununla iş bitmir. İ.Qəmbərin sözlərinə görə, M.Ə.Rəsulzadənin gözəl bir abidəsi Bakının ən yüksək nöqtəsində ucaldılmalıdır, onun adı Bakı Dövlət Universitetinə verilməlidir.

İ.Qəmbər M.Ə.Rəsulzadənin gətirdiyi dəyərlərdən bəhs edərək onu «Azərbaycanın ən görkəmli dövlət xadimi» adlandırıb.

AXCP sədri Əli Kərimli isə öz çıxışında Məhəmməd Əmin Rəsulzadəni «Azərbaycan dövlətinin ideya atası» adlandırıb.

Şərhlər

Eldəniz 2020-01-31 18:24:36

Allah rəhmət eləsin ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol