Menu

Ərdoğana ittihamlarına Peskov cavab verdi - Putin susur

31.01.2020, 22:10
Ərdoğana ittihamlarına Peskov cavab verdi - Putin susur

“Kreml Türkiyə prezidenti Ərdoğanın “Rusiya, Suriya üzrə Soçi razılaşmasına əməl etmir” ittihamını inkar edir. Bütün öhdəliklər yerinə yetirilir” - deyə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Pesuov qeyd edib.

Onun sözlərinə görə, Ankara ilə İdlib zonası üzrə razılaşmaya əməl olunur. Ancaq Peskov bildirib ki, “biz, təəssüf hissi ilə təsdiqləyirik ki, orada vəziyyət yaxşı deyil”.

O, izah edib: “Bu rayon hələ də böyük sayda terrorçuların cəmləşdiyi yer olaraq qalır, daim Suriya ordusuna yönəlik hücumlar həyata keçirilir”.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ərdoğan bəyan etmişdi - Rusiya hal-hazırda Suriyanın İdlib əyaləiində tənzimləmə üzrə Astana və Soçi razılaşmaları ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmir.

AzPolitika.info

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol