Menu

Türkmənistan Çinə olan aviareysləri dayandırır

01.02.2020, 10:57
Türkmənistan Çinə olan aviareysləri dayandırır

Türkmənistan bu gündən Çinin paytaxtı Pekinə olan aviareysləri koronavirusla əlaqədar dayandırıb.

“Report” RIA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı “Türkmən hava yolları” yayıb.

Məlumatda aviareyslərin dayandırılmasının səbəbi olaraq yeni növ koronavirusun (2019-nCoV) sürətlə yayılması göstərilib.

Qeyd edək ki, “Türkmənistan” hava yolları həftədə iki dəfə Pekinə uçurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol