Menu

Daha bir partiya nümayəndəsinin səlahiyyətinə xitam verildi

01.02.2020, 14:44
Daha bir partiya nümayəndəsinin səlahiyyətinə xitam verildi

Milli Məclisə seçkilərdə daha bir partiyanın nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə qeydə alınmış Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.

Belə ki, iclasda bununla bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb.

İclasda Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nərgiz Əli qızı Nağıyevanın səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol