Menu

SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirilib - FOTOLAR

01.02.2020, 20:55
SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirilib - FOTOLAR

SOCAR-ın baş ofisində şirkətin müxtəlif idarə və müəssisələrində çalışan gənclərlə SOCAR prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin 2 fevral Gəclər günü ilə bağlı görüşü keçirilib.

SOCAR-dan “Report”a verilən məlumata görə, artıq ənənə halını almış görüşdə bu il şirkətin müxtəlif idarə və müəssisələrindən də çox sayda gənc əməkdaş on-layn rejimdə görüş iştirakçılarına qoşulub.

Görüşdə əsasən neftçi gənclərin fikirləri dinlənilib. Şirkətin rəhbərliyi görüşdə iştirak edən gəncləri maraqlandıran, habelə sosial şəbəkələr üzərindən daxil olan sualları cavablandırıb.

On-layn rejimdə görüş iştirakçılarına qoşulmuş müxtəlif idarələrdə çalışan gənclərə də fikir bildirmək üçün şərait yaradılıb, onlar da auditoriyada aparılan müzakirələrdə yaxından iştirak ediblər. 3 saatdan çox davam edən görüşdə ümumilikdə 1000-ə yaxın gənc neftçi iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol