Menu

“Liverpul” ardıcıl 16-cı qələbəsini qazanıb

01.02.2020, 21:44
“Liverpul” ardıcıl 16-cı qələbəsini qazanıb

“Liverpul” klubu İngiltərə Premyer Liqasının 25-ci turunda “Sautqempton”u qəbul edib.“Report” xəbər verir ki, görüş Liverpulun “Enfild” stadionunda baş tutub və ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen ilk qolun müəllifi olub. İkinci hissənin 60-cı dəqiqəsində yarımmüdafiəçi Cordan Henderson komandasının üstünlüyünü artırıb.

İkinci hissənin ortalarında Məhəmməd Salah hesab arasındakı fərqi üçə çatdırıb. 90-cı dəqiqədə isə Salah dubl edib.

Bununla da “Liverpul” klubu İngiltərə Premyer Liqasında ardıcıl 16-cı qələbəsini qazanıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol