Menu

ABŞ fövqəladə vəziyyət rejimi elan edib - Çin koronavirusuna görə

02.02.2020, 00:19
ABŞ fövqəladə vəziyyət rejimi elan edib - Çin koronavirusuna görə

Səhiyyə və sosial xidmətlər naziri Aleks Azar Amerika Birləşmiş Ştatlarında (ABŞ) fövqəladə vəziyyət rejimi elan edib. Məlum olduğu kimi, artıq bu ölkədə 7 nəfər yeni tip koronavirusa yoluxub.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi fervralın 2-də qüvvəyə minir və xəstəlik mənbəyi ola biləcəkləri səbəbilə xarici vətəndaşların ABŞ-a girişi müvəqqəti olaraq qadağan edilir.

Risk qrupuna iki həftə əvvəldən Çində olmuş əcnəbilər daxildirlər. Hesab edilir ki, məhz 14 gün ərzində virus özünü büruzə verir.

Prezident Donald Trampın fərmanına görə, ölkəyə girişin qadağan olunması ABŞ vətəndaşlarına, prezidentlərə və onların ailə üzvlərinə şamil olunmur. Çindən qayıdarkən onlar xususi müşahidə altında olacaqlar.

Bundan başqa, ABŞ-ın aeroportlarının əksəriyyəti Çinlə aviaəlaqələri dayandırıb.

Fövqəladə tədbirlərin görülməsi qərarı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatından sonra qəbul olunub. ÜST yeni koronavirusla bağlı vəziyyəti fövqəladə elan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol