Menu

Səxavət Əlisoy son anda namizədliyini geri götürdü

27.09.2014, 16:27
Səxavət Əlisoy son anda namizədliyini geri götürdü

Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərin çıxışları başa çatandan sonra namizədlərdən biri Səxavət Əlisoy bir daha söz istəyib.

Səxavət Əlisoy tribunaya qalxaraq namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürdüyünü elan edib və onu dəstəkləmək fikrində olan qurultay nümayəndələrini Qubad İbadoğluna səs verməyə çağırıb.

Beləliklə, başqanlıq uğrunda mübarizə üç nəfərin arasında gedəcək: Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı.

Hazırda qurultayda səsvermə başlanıb.

Qurultay Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol