Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyini irəli sürməyən deputatlar parlamentlə xudahafizləşir.
“Report”un əldə etdiyi məlumata görə, artıq namizdliyi irəli sürülməyən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.
Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.
Qeyd edək ki, fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi irəli sürməyən hazırki deputatların sayı 31 nəfərdir. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir.


Şərhlər
Bele cixdi ki 31 deputata gore milli Meclis buraxildi bu biabirciligdi dogrudanda analogu olmayan olkede yasayirig baxin ay Avropa dovletleri ibret goturun ha ha ha ....