Menu

Xızıda avtomobil və 40 baş keçi oğurlayan şəxs tutulub

04.02.2020, 12:34
Xızıda avtomobil və 40 baş keçi oğurlayan şəxs tutulub

Xızıda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini R.Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və yanvarın 28-də Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini V.Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini E.Sadıqov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol