Menu

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti saxlanıldı

04.02.2020, 21:08
Ermənistan Futbol Federasiyasının sabiq prezidenti saxlanıldı

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan polis tərəfindən saxlanılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə məlumatı onun vəkili Amram Makinyan yayıb.

Ermənistan mətbuatının yaydığı xəbərə görə, o, qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinir. Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol