Menu

Türkiyə F-16 qırıcılarını havaya qaldırıb – Əsəd qüvvələrinə zərbələr endirilib

05.02.2020, 00:05
Türkiyə F-16 qırıcılarını havaya qaldırıb – Əsəd qüvvələrinə zərbələr endirilib

Türkiyə çoxməqsədli F-16 qırıcılarını Suriyanın şimal-qərbində hökumət qüvvələrinə qarşı qaldırıb. 

Xəbər verildiyi kimi, Əsəd qüvvələrinin hücumu nəticəsində türk əsgərlərinin həlak olması səbəbilə bölgədə ciddi gərginlik yaranıb. Türk əsgərləri İdlib əyalətində Bəşər Əsəd ordusunun atəşi altına düşüblər. Türk ordusu Ankaraya müttəfiq sayılan «Milli azadlıq cəbhəsi» döyüşçülərinin Sarakib şəhəri rayonunda mövqelərini möhkəmlətməyə cəhd edib.

Türkiyə prezidenti Ərdoğan bəyan edib ki, cavab zərbəsi ilə, o cümlədən, F-16 qırıcılarından istifadə etməklə endirilən zərbə nəticəsində bölgədə 30-35 Suriya hərbçisi «neytrallaşdırılıb». Ancaq Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusu tərəfindən «cavab zərbəsi» endirilən zaman döyüş aviasiyasının hərəkətə gətirildiyini təkzib edib.

Londonda yerləşən «İnsan hüquqları üzrə Suriya abservatoriyası»nın məlumatına görə, Suriya hökumət qüvvələri tərəfindən həlak olanların real sayı 13 nəfərə yaxındır.

Türkiyə lideri həm də hava zərbələri ilə İdlibdə Əsədin hücumlarına dəstək verən və Suriyanın şimal-qərbində hava məkanına nəzarət edən Rusiyaya xəbərdarlıq edib ki, «cavab zərbələri» endirən zaman Akaraya maneələr yaratmağa cəhd göstərməsin.

«Bizim qarşımızı kəsmək cəhdi müzakirə mövzusu ola bilməz» - Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl bildirib.

«Türkiyənin qətiyyətini yoxlamaq istəyənlər belə iyrənc hücumlarla böyük səhv buraxıblar» - Türkiyə dövlətinin başçısı əlavə edib.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, hərbi kolonun hərəkəti əvvəlcədən Rusiya tərəflə razılaşdırılıb. Rusiya Müdafiə Nazirliyi isə əlüstü Türkiyənin bu bəyanatını təkzib edib. Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin məlumatına görə, Türkiyə hərbçiləri hökumət qüvvələrinin atəşi altına düşüb. Guya atəş islamçı-döyüşçülərə açılırlmış.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol