Menu

MSK Fərəc Quliyevlə bağlı şikayətə bu gün baxacaq

05.02.2020, 10:28
MSK Fərəc Quliyevlə bağlı şikayətə bu gün baxacaq

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında baxılacaq.

Bu barədə "Report"a MSK-dan bildirilib.

MSK-nın iclası saat 16:00-da başlayacaq.

Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova pul təklif olunur.

Şərhlər

vidad 2020-02-05 11:34:44

kitabi baglanib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol