Menu

Klub prezidenti təcavüz ittihamına görə saxlanıldı

05.02.2020, 15:15
Klub prezidenti təcavüz ittihamına görə saxlanıldı

Fransanın "Anje" futbol klubunun prezidenti Sayd Şaban cinsi təcavüzdə şübhəli bilinərək saxlanılıb.

"Report" "Reuters"a istinadən xəbər verir ki, o, klub işçisinin ittihamı ilə nəzarətə götürülüb.

Şabanın bütün ittihamları rədd etməklə yanaşı, istintaqla əməkdaşlıq etdiyi və əlverişli nəticəyə əmin olduğu bildirilib.

Qeyd edək ki, hazırda "Anje" Fransa Liqasında 23 oyundan sonra 30 xalla 13-cü yerdə gedir. Klub növbəti oyununu fevralın 7-də "Lill"ə qarşı keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol