"31 saylı Suraxanı ikinci seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq".
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədri Məzahir Pənahov deyib.
"Səsvermə günü dairədə olan bütün prosesləri ciddi nəzarətdə saxlayacağıq", - MSK sədri əlavə edib.
Xatırladaq ki, bu gün MSK-nın iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb və MSK F.Quliyevə xəbərdarlıq edib.


Şərhlər
Məzahir müəllim çox xahiş edirik Qax 112 saylı seçki dairəsini də nəzarətə götürün.Seçki prosesində çoxlu neqativ hallar var.20 illik deputat Azər Kərimli bütün vasitələrdən istifadə edir ki rəqibinə qalib gəlsin.Ətrafında olan kriminal ünsürlərdən istifadə edərək saxtakarlıq etməyə hazırlaşır.
Məzahir müəllim , xahiş edirik Şəki 113 saylı DSK-nın fəaliyyətini nəzarətə götürün , çünki sədri Rəhman Qədirzadənin əli saxtaçarlığı çox sevir ? Rəhman Qədirzadə sədr olan dairədən şəffaflıq gözləmək mümkün deyil ? O başda olmaqla Məntəqə seçki məntəqələrinin sədrləri Emnəxatınlar, Xuramanlar , Şəfayətlər, Qaffarlar, Çingizlər, Ulduzlar və s. tutduqları vəzifədən azad olunmalıdırlar ? Onlar Dövlətimizin nüfuzuna xələl gətirirlər...
MSK belə hərəkətinə görə Fərəc Quliyevin namizədliyini ləğv etməli idi.Çünki ittiham ciddi idi.Belə qərar isə Quliyevin Protokolda olmasına,saxtakarlığa xidmət etdiyi aşkar görünür.