Menu

“Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü” - Mehman

05.02.2020, 20:45
“Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü” - Mehman

Xəbər verdiyimiz kimi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov MSK-ya həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayət edib.

"Qafqazinfo" xəbər verir ki, iclasda iştirak edən M. Hüseynov bildirib ki, Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir: "Biz beynəlxalq aləmə bu gün göstərməliyik ki, islahata, şəffaf seçkiyə meyilliyik. Mənim qorxacağım heç nə yoxdur. İstəyirsiz namizədliyimi ləğv edin. Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü. Bütün səsyazmanı təqdim etməyə hazıram. O, səsyazısında hamını söyür. Bizim dairəni xüsusi nəzarətə götürün".

MSK sədri bildirib ki, dairə ciddi nəzarətdə saxlanılacaq: "Səsvermə günü həmin dairədə gedən prosesləri ciddi nəzarətdə saxlayacağıq".

Şərhlər

Əli 2020-02-06 01:29:03

mehman 30 ilə yaxın harınlamışların (deputatmı deyim ya necə adlandırın onu bilmirəm)əsl simalarını millətə xalqa göstərir. Bizdə sözünü deyən,düz söz danışan vətən xainidirmi?

letif 2020-02-05 23:10:41

kisinin yaninda soz olar

t.ədalət 2020-02-05 22:20:42

Belə bir gəncin belə bir "yaxacırdı" etməsi adamda təəssüf hissi oyadır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol