Menu

Daha bir McDonalds bağlandı

27.09.2014, 17:38
Daha bir McDonalds bağlandı

Rusiyada McDonalds restoranlarının bağlanması davam edir

Rusiyanın daha bir bölgəsində McDonalds restoranı bağlanıb.

Bu barədə Rusiya mətbuatı yazır.

McDonalds restoranlar şəbəkəsinin Nijni Novqoroddakı nümayəndəliyi texniki səbəblərə görə bağlanıb. Restoranın qapısında da bu barədə elan vurulub: "Texniki səbəblərə görə restoran işləmir".

Bağlanan restoran 1997-ci ildə Nijni Novqorodda açılan ilk McDonalds olub.

Hazırda Rusiyada fəaliyyət göstərən McDonalds restoranlar şəbəkəsinin 100 restoranında yoxlamalar aparılır.

Qeyd edək ki, Ukrayna hadisələrinə görə, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyalar tətbiqq etdikdən sonra rəsmi Moskva da qarşılıq verməyə başlayıb. McDonalds restoranlar şəbəkəsinin restoranlarının bağlanması Qərbə cavab kimi qiymətləndirilir. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol