Menu

“Hamını Oqtay Əsədova səs verməyə çağırıram” - Spikerin rəqibi geri çəkildi

06.02.2020, 11:51
“Hamını Oqtay Əsədova səs verməyə çağırıram” - Spikerin rəqibi geri çəkildi

45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov MSK-ya müraciət edərək, namizədliyini geri götürdüyünü bəyan edib. 

F.Əhmədov MSK-ya və dairə komissiyasına ünvanladığı məktubda öz namizədliyini həmin dairədən namizəd olan Oqtay Əsədovun xeyrinə geri götürdüyünü qeyd edib.

F.Əhmədov seçicilərini O.Əsədova səs verməyə çağıraraq, qərarını belə izah edib: “Oqtay Əsədov uzun illər ölkə Prezidentinin yanında olaraq, dövlətə və dövlətçiliyimizə sədaqət prinsipləri əsasında şərəf və ləyaqətlə xidmət edib. Dediklərimi nəzərə alaraq, bütün potensial seçicilərimi 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa ən layiqli namizəd olan Əsədov Oqtay Sabir oğluna səs verməyə çağırıram!”

“AzPolitika”

Şərhlər

tahirə qarabağlı. 2020-02-15 23:41:34

Qıssa zaman kəsiyində "Azərbaycanın Səsi" İB -ölkəmiz üçün çox işlər görüb və bu gündə vavam elətdirir. Hər halda bu seçimi edibsə Faiq müəllim demək düz edib.

Seymur. 2020-02-15 23:38:44

Mən şəxsən Faiq müəllimi tanıdığım bir şəxs kimi dəstəkləyirddim.

qasim 2020-02-06 14:23:21

guya sen geri cekilmesen oqtay muellim secilmeyecek ki...

miri 2020-02-06 13:28:42

Bu seçki adlanan olaydan Siz ilk qazanan oldunuz. ...

Seyid 2020-02-06 13:07:07

Suraxanıda namizədliyi geri çəkməyin qiyməti M.Hüseynovun timsalında bəlli oldu.Abşeronda görəsən qiymətlər necə dəyişir.ldu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol