Menu

"Bizim də səbrimizin həddi var" - Türkiyə XİN başçısı

06.02.2020, 13:13
"Bizim də səbrimizin həddi var" - Türkiyə XİN başçısı

"Suriyanın İdlib bölgəsində rejim tərəfindən 2 000-dən çox insan öldürülüb".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son zamanlarda İdlibdəki rejimin hücumu narahatlıq doğurur: “Biz Rusiya ilə danışıqlar aparırıq və birgə işləmək barədə qərar alınıb. Məqsədimiz orda toqquşmaların durdurulmasıdır. Bizim əsgərlərimizə hücum edən rejimdir. Əlbəttə, bizim də səbrimizin həddi var”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol