Menu

Məktəbdə bıçaqlanma ilə bağlı cinayət işi başlanıldı

06.02.2020, 15:20
Məktəbdə bıçaqlanma ilə bağlı cinayət işi başlanıldı

Qazax Rayon Təhsil Şöbəsi məktəbdə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Şöbdədən bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib.

Nihat Əliyev dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol