Menu

İstanbulda 3 hissəyə bölünən təyyarənin “qara qutu"su araşdırmaya verilib

06.02.2020, 16:18
İstanbulda 3 hissəyə bölünən təyyarənin “qara qutu"su araşdırmaya verilib

İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan "Boeing 737-800" tipli sərnişin təyyarəsinin “qara qutu”su araşdırmaya verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Pegasus Hava Yolları Şirkətinin rəhbəri Məhmət Tevfik Nanə mətbuata açıqlamasında bildirib. Şirkət rəhbəri deyib ki, dünən qəza baş verdikdən sonra yerli vaxtla 18.36-dan başlayaraq, 18 nəfərlik heyət yaradılıb. Xəstəxanaya yerləşdirlilən yaralılar, digər zərərçəkən sərnişinlərlə əlaqə yaradılıb, onların problemlərilə bağlı tədbirlər görülür.

Təyyarədə 177 sərnişin, 6 işçi heyətlə birlikdə 183 nəfərin olduğunu deyən Məhmət Tevfik onlardan 180-nin xəstəxanaya aparıldığını, 3-nün vəfat etdiyini xatırladıb.

Qeyd edək ki, fevralın 5-də Türkiyədə "Boeing 737-800" tipi sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol