Menu

YAP-ın Şirvandan olan namizədinin izdihamlı görüşü oldu - FOTO

06.02.2020, 22:19
YAP-ın Şirvandan olan namizədinin izdihamlı görüşü oldu - FOTO

46 saylı Şirvan seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Quliyev Azər Əli oğlunun seçicilərlə növbəti görüşü Şirvan Olimpiya İdman Kompleksində keçirilib.

Namizədin seçki qərargahından verilən məlumata görə, izdihamlı görüşdə dövlət himnimiz səsləndirildi. YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev görüşdə çıxış edərək sözü deputatlğl namizəd Azər Quliyevə verdi. Azər Quliyev çıxış edərək ilk öncə seçicilərini salamladı və YAP-ın namizədi olaraq dəstək verib görüşünə gəldikləri üçün minnətdarlığını bildirdi. 

Sonra çıxışında ümummilli lider Heydər Əliyevin qurub yaratdığı partiyanın ölkəmizin ictimai, siyasi həyatında rolundan ətraflı bəhs etdi. Yeni Azərbaycan partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirərək Azərbaycanın qüdrətli dövlətə çevrilməsini xüsusi vurğuladı. Ona görədə partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu və xalq tərəfindən bəyənildiyini açıqladı. Əminəm ki, Şirvanlılar hər zaman olduğu kimi bu dəfədə Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında dahada sıx birləşib 9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək növbədən kənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsini səs verməklə təmin edəcəklər. 

Şəhər sakinləri, sadə vətəndaşlar, ziyalılar çıxış edərək ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasəti bəyəndiklərini, həyata keçirtdiyi islahatları dəstəklədiklərini bildirərək yekdilliklə YAP-ın namizədi Azər Quliyevə səs verəcəklərini bəyan ediblər. Azər Quliyev hər kəsə minnətdarlığını çatdıraraq YAP-ın bu seçkilərə «Daha güclü Azərbaycan naminə» şüarı ilə qatıldığını bildirərək, şəhər əhalisini ona etimad göstərəcləri təqdirdə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni edəcəyinə söz verdi.

Şərhlər

Qaradovoy 2020-02-07 04:44:22

Da zdrastuyde yap! Yaşılbaş sonası hayıf ki yoxdu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol