“Sözü ilə əməli vəhdət təşkil edən namizəd”
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin apardığı seçki kampaniyası bir çox cəhətləri, yeniliklərilə təkcə bu dairə deyil, digər dairələrdəki namizədlərin də təbliğatından fərqlənib. Azay Quliyev bu seçkidə bir çox yeniliklər, yeni seçki texnologiyaları tətbiq edib.
Məhz A.Quliyev tərəfindən ilk dəfə seçicilərin elektron kabineti yaradılıb.Bu, deputatla seçici arasında ilk unikal kommunikasiya modelidir. Bu model bir tərəfdən A.Quliyevin seçicilə birbaşa ünsiyyətdə, əlaqədə maraqlı olduğunu göstərib, onun hər zaman seçici üçün əlçatanlığını təmin edibsə, digər tərəfdən də ona qarşı seçici inamını, güvənini daha da artırıb.
Seçki kampaniyası çərçivəsində seçicilərlə 45 görüş keçirən Azay Quliyevin tətbiq etdiyi daha bir yenilik onun bu kampaniya ilə bağlı yayımladığı hesabat videosudur. Bütün kampaniya dövrünü günbəgün əhatə edən hesabat videosundan seçicilərin A.Quliyevə və onun indiyə qədər gördüyü işlərə münasibəti aydın şəkildə görünür.
Azay Quliyevin apardığı seçkiqabağı kampaniyanın günbəgün hesabat videosunu təqdim edirik:


Şərhlər