Menu

Zaqatalada yol qəzası oldu, xəsarət alanlar var

07.02.2020, 21:53
Zaqatalada yol qəzası oldu, xəsarət alanlar var

Zaqatalada xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər Zaqatala rayon sakinləri - 1957-ci il təvəllüdlü Məmmədova Fatma Abdulla qızı, 1994-cü il təvəllüdlü İsmayıllı Natəvan Namiq qızı və 1992-ci il təvəllüdlü Balakən rayon sakin Akkubayev Rahil Nəbiyulla oğludur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol