Menu

“Həkimlər Oqtay Gülalıyevi ayaq üstə qaldırırlar” – Həyat yoldaşı

07.02.2020, 22:05
“Həkimlər Oqtay Gülalıyevi ayaq üstə qaldırırlar” – Həyat yoldaşı

“Hüquq müdafiəçisi Oqtay Gülülıyevin səhhətində irəliləyişlər qeydə alınır. Əməliyyatdan sonra onun oyanıqlığı daha da artıb. Əllərini tərpətməsi, hərəkətləri artıb. Artıq son bir-iki gündür onu aparatlar vasitəsi ilə ayaq üstə qaldırırlar”. Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva “Amerikanın Səsi”-nə müsahibəsində deyib.

Firuzə Gülalıyeva bildirib ki, hərəkətlərində irəliləyişlər olmasına baxmayraq Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb.

“Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsi ilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlərin gözləntilərində Oqtayın ayağa qalxması da yox idi. Oqtayın Azərbaycanda əməliyyatı həddən artıq çox geçikdirlib”- deyə, o qeyd edib.

Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman vurulub. O, sürücü tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin “Amerikan Xəstəxanası”nda davam edir.

Şərhlər

Adil 2020-02-08 08:06:33

Bəs Oktayı vuranı aqibəti necə oldu? Bilən varsa yazsın. Maraqlıdır ki niyə müalicə xərclərini sürücü deyil, H. Əliyev fondu ödəyir?

Türk 2020-02-07 23:52:36

ALLAH QORUSUN ONU HEÇ BİR QÜSURSUZ QAYITSIN REAL HƏYATA

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol