Menu

Bakıda axtarışda olan şəxs heroinlə tutulub

08.02.2020, 11:53
Bakıda axtarışda olan şəxs heroinlə tutulub

Bakıda axtarışda olan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitələrini ələ keçirmə) maddəsi ilə axtarışda olan Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü N. Babayev saxlanılıb.

N. Babayev saxlanılan zaman onun üzərindən 510 q heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol