“AzPolitika.info”-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Suriya üsyançılarının nəzrət etdiyi İdlib rayonuna əlavə hərbi qüvvə göndərib. «Associated Press» agentliyi xəbər verir ki, Sarakib rayonunun qərbinə hərbi texnika kolonu və xüsusi təyinatlılar yeridilib.
Sarakib iki əsas avtomgistral yolun kəsişməsində yerləşir. Onardan biri Dəməşqi ölkənin şimalı, ikincisi isə ölkənin qərbini onun şərqilə birləşdirir.
KİV-n məlumatına görə, hazırda Suriya hökumət ordusu İdlibə hücumları davam etdirir.
AzPolitika.info


Şərhlər