ABŞ-ın başçılıq etdiyi antiterror koalisiyası BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan yaradılıb və legitim deyil. Musavat.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Suriyanın xarici işlır naziri Valid Müəllim bəyan edib.
“Təəssüf ki, İŞİD-ə zərbə endirən Amerika koalisiyası BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan yaradılıb. Bu, o deməkdir ki, onların beynəlxalq legitimliyi yoxdur”, - nazir bildirib.
Valid Müəllim onu da əlavə edib ki, Dəməşq BMT Təhlükəsizlik Şurasında antiterror koalisiyasının yaradılması ilə bağlı müzakirələrin aparılması ideyasını dəstəkləyir.


Şərhlər