Menu

Neftçalada yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib

08.02.2020, 23:44
Neftçalada yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib

Neftçala şəhərində 4 mərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

***

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.

Şərhlər

t.ədalət 2020-02-08 21:42:53

S.Rüstəmxanlının" izdihamlıl təbliğatı" Nenftçalalılara baha başa gəldi..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol