Menu

“Trabzonspor” liderliyə şərik olub

08.02.2020, 23:16
“Trabzonspor” liderliyə şərik olub

Türkiyə Superliqasında XXI tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun 4 matçı keçirilib.

Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşan “Trabzonspor” ikinci hissədəki qollar sayəsində 3 xal əldə edib. Bu, trabzonlulara “Sivasspor”la liderliyə şərik olmaq imkanı verib.

“Beşiktaş” da “Qaziantep”in müqavimətini ikinci hissədə qırıb. İstanbullular sonda darmadağına seviniblər.

Digər iki matçda qalib müəyyənləşməyib. “Fənərbaxça” evdə “Alanyaspor”la, “Konyaspor” isə “Dənizlispor”la bərabərə qalıb.

Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq.

Türkiyə Superliqası 

XXI tur

8 fevral 

“Konyaspor” – “Dənizlispor” – 0:0 

“Beşiktaş” – “Qaziantep” – 3:0 

Yılmaz, 52 (pen.), Boatenq, 70, Lens, 90 

“Gənclərbirliyi” – “Trabzonspor” – 0:2 

Sosa, 79, Nvakaeme, 83

“Fənərbağça” – “Alanyaspor” – 1:1 

Kruse, 53 (pen.) – Sisse, 29 (pen.)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol