Menu

“Seçki qurtarsın, hansı tin-bucaqda desən, görüşərik” - Seçki məntəqəsində mübahisə

09.02.2020, 15:49
“Seçki qurtarsın, hansı tin-bucaqda desən, görüşərik” - Seçki məntəqəsində mübahisə

15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində bir müşahidəçi ilə komissiya üzvü arasında mübahisə düşüb.

AzPoltika.info xəbər verir ki, bu barədə BBC radiosu məlumat yayıb. Videoda seçki komissiyasının üzvü olan kişi müşahidəçiyə "seçki qurtarsın, Yasamalın hansı tini-bucağı deyirsən, gedək görüşək" deyir.

Müşahidəçi də videoda məntəqə sədrinin Ələkbər adlandırdığı komissiya üzvünə "səninlə dəqiq söhbət edəcəyik" deyə cavab verir. Məntəqə sədri komissiya üzvünə sakitləşməyi təklif edib.

Komissiya üzvü müşahidəçiyə sonuncu xəbərdarlıq etdiyini, növbəti dəfə isə aktlaşdıracağını deyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol