Çinin öldürücü virusu özünün yayılmasının pik həddini artıq adlayıb. Belə təsəlliverici bəyanatla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri çıxış ediblər.
ÜST-nın hesabatına görə, fevralda koronavirusa yeni yoluxanlanın sayı yanvar ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb.
Qeyd edilir ki, enmə yanvarın 23-dən sonra başlanıb. O zaman yayılma sürətinin pik həddi qeydə alınıb – 46 faiz. Yanvarın 28-dən sonra isə enmə başlanıb və fevralın 7-də nisbət 10,2 faizə düşüb.
Son məlumata görə, Çində koronavirusun qurbanlarının sayı 822-yə çatıb, 35 min nəfərə yaxın insan yoluxub. 2050 nəfəri sağaltmaq mümkün olub. Bu ərəfədə ÜST 637 ölüm halı barədə xəbər verib və təxminən 31,5 min nəfər isə xəstələnib.
AzPoitika.info


Şərhlər