Menu

Bakıda 29 yaşlı oğlan narkotikdən zəhərlənərək ölüb

10.02.2020, 13:48
Bakıda 29 yaşlı oğlan narkotikdən zəhərlənərək ölüb

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Ağayev Mehdi Namiq oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Meyitinin ilkin müayinəsi zamanı onun qəbul etdiyi narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol