Menu

Prezident kürəkəninə yeni vəzifə verdi

11.02.2020, 11:45
Prezident kürəkəninə yeni vəzifə verdi

Özbəkistan Prezidenti Şavkat Mirziyayevin kiçik kürəkəni yeni yaradılmış Qarışıq Döyüş Növləri (ingiliscə qısa adı MMA) Orta Asiya Konfederasiyasının rəhbəri seçilib. Qurum Daşkənddə mənzillənəcək.

Prezidentin kiçik qızıyla ailə qurmuş Otabek Umarov fevralın 6-8-də Qazaxıstanda Beynəlxalq Qarışıq Döyüş Növləri Federasiyasının konfransında bu vəzifəyə seçilib.

Konfederasiyaya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan MMA assosiasiyaları daxildir.

Umarov həm də Mirziyayevin şəxsi təhlükəsizliyi rəhbərinin müavinidir, xarici qonaqların qatıldığı tədbirlərdə qeyri-rəsmi səfir kimi çıxış edir. O, martda Özbəkistan Triatlon Federasiyanın sədri seçilib.

Şərhlər

Bashirov Qarib 2020-02-11 12:07:39

Başlıgı ugursuz seçmisiniz. Adam seçkili beynəlxalq qruma seçilib, yazırsınız prezident kurəkənini təyin etdi. Özbəkistan da bu təyin- seçki məsələsində daha demokratikdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol