Menu

Rusiya XİN ATƏT DTİHB-nin rəyini tənqid edir - Azərbaycandakı seçkilərə görə

11.02.2020, 18:35
Rusiya XİN ATƏT DTİHB-nin rəyini tənqid edir - Azərbaycandakı seçkilərə görə

Rusiya XİN Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilər missiyasının tənqidini qərəzli hesab edir.

RF XİN mətbuat xidmətinin şərhində deyilir ki, MDB və ŞƏT müşahidəçilərinin qiymətləndirməsinə görə, seçkilər milli qanunvericiliyin tələblərinə uyğun keçirilib, vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib.

“Təəssüflə qeyd edirik ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament assambleyalarının müşahidəçiləri qərəzli və subyektiv, real mənzərəyə uyğun olmayan yekun qiymətləndirmə aparıblar.

Seçkilərin uğurla keçirilməsi ilə əlaqədar azərbaycanlı dostlarımızı təbrik edirik. Bu, əhalinin Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönələn islahatlarını dəstəklənməsindən xəbər verir”, - şərhdə deyilir. /"Turan"

Şərhlər

Rəsulzadə arif 2020-02-12 21:25:32

Deputatdan,polisdə,məhkəmədə,nazirlərdən özü üçün iwleiyir

eko 2020-02-12 20:38:16

derd)))

eko 2020-02-12 13:31:23

Beliiiii. !!!!!! satilmishiq rusdara

eko 2020-02-12 07:25:50

yalansa ......

Oqtay 2020-02-11 21:33:15

... yeyir ruslar

t.ədalət 2020-02-11 20:44:34

Bizim özümüzə nə olub ki,Dağlıq Qarabağı işğal edən,əsgərlərimizi öldürən Rusiya əvəzimizdə fikir söyləyir.Məgər, biz Rusiyanın müstəmləkəsiyik?Özümüz ATƏT-ə cavab verə bilmirikmi?Rusiyanın bu addımı Dağlıq Qarabağın işğalı qədər qorxulu və təhlükəlidir.

Əyyar 2020-02-11 18:49:45

Bunun deyəsən Salyandan və Şabrandan xəbəri yoxdur. Ya da paçka basır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol