Menu

Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 14 nəfər saxlanıldı

11.02.2020, 23:40
Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 14 nəfər saxlanıldı

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi FETÖ terror təşkilatının üzvü olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin İstanbul, Ankara, İsparta və Bolu şəhərlərində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 28 dövlət qulluqçusundan 14-ü saxlanılıb. Onların, eyni zamanda, təşkilatın kriptoqrafik xəbərləşmə sistemi “Bylock”dan istifadə etdikləri də müəyyən olunub.

Şübhəlilərdən beşinin xaricdə olduğu aşkarlanıb. Hazırda digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol