107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizəd olmuş Ramil Göyüşov seçkidə baş verən pozuntularla bağlı Dairə Seçki Komissiyasına (DSK) şikayət edib. Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, ərizədə icra strukturlarının seçki prosesinə kobud müdaxiləsi ilə bağlı faktlar əsasında ətraflı məlumat verilib.
Qeyd olunur ki, müstəqil qurumların monitorinqi nəticəsində ortaya çıxmış seçkidə iştirak faizi rəqəmləri rəsmi açıqlanan rəqəmlərdən fərqli olub. Belə ki, rəsmi məlumatlarda dairə üzrə iştirakçılıq 47 % göstərilsə də, müstəqil müşahidəçilərin rəyinə əsasən bu dairə üzrə 20% təşkil edib.
Bundan başqa, çoxsaylı digər qanun pozuntuları da aşkar edilib. DSK-ya təqdim olunan ərizədə bütün məntəqələrdə baş verən pozuntular barədə ətraflı məlumat əks olunur. Əksər faktların video görüntülərinin olması da şikayət ərizəsində xüsusi ilə qeyd olunub.
Ramil Göyüşovun seçki qərargahı DSK-dan baş verən qanun pozuntularını dərhal araşdırmasını və qanuna müvafiq tədbirlərin görülməsini tələb edib.
AzPolitika.info


Şərhlər
Ramil haqqini qorumalidir. Səmədi saxtakarlar secdiler
Bircə bu dairə olsa idi nə vardı ki? Bütün dairələrdə belə hallar baş verib.Bunu mətbuatda dərc olunan video materiallarda əyani sübut olunur Görünə daa bələdçi lazəm deyil.Ona görə bu seçkilər tam ləğv olunmalıdırƏgər lazımdırsa yeni demokratik seçkilətr keşirilməlidir.