Menu

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

15.02.2020, 10:18
Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“AzPolitika” xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və Texniki Təminat Şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol