Menu

MSK-da Səməd Seyidovun dairəsindən şikayətə baxılacaq - Prokurorluğa da müraciət olunub

15.02.2020, 19:02
MSK-da Səməd Seyidovun dairəsindən şikayətə baxılacaq - Prokurorluğa da müraciət olunub

107 saylı Dairə Seçki Komissiyası müstəqil namizəd Ramil Göyüşovun müraciətini təmin etməyib. Bu barədə namizədin AzPolitika.info-ya verdiyi məlumata görə, şikayət ərizəsində çoxsaylı pozuntularla bağlı tutarlı dəlillər olsa da, qərəzli şəkildə onların heç bir ilə bağlı araşdırma aparılmayıb.

R. Göyüşov qeyd edib ki, bu gün seçkilərin nəticələrinin ləğv olunması tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Həmiçinin, seçki günü baş verən qanun pozuntularının araşdırılması üçün Respublika Baş Prokurorluğuna da müraciət ünvanlanıb: "Ümid edirik ki, hər iki qurum müraciətimizdə göstərilən qanun pzountuları ilə bağlı müvafiq ölçü götürəcəklər".

Xatırladaq ki, MSK 107 saylı Qazax Seçki Dairəsindən Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu 76.1 faiz nəticə ilə qalib elan edib.

AzPolitika.info

Şərhlər

seçici 2020-02-15 22:38:46

... əsl komediyadır.

HƏSƏNOV 2020-02-15 19:44:50

sƏMƏD sEYİDOVA qAZAXDA 76 FAİZ SƏS VERƏN OLMASI MÜMKÜN DEYİL..aXI SEÇKİDƏ HEÇ 10 FAİZ İŞTİRAK ETMƏYİB.bU NECƏ OLA BİLƏR? SAXTAKARLIĞIN DA BİR HƏDDİ OLAR.YU

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol